Tanınmış politoloq, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə insult keçirib.
Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkədə yazıb. A.Hacılının statusunu təqdim edirik:”Acı xəbər aldıq.
Azərbaycan Xalq Hərəkatı liderlərindən biri, Baş Nazirin müavini və Azərbaycanın Rusiyadakı səfiri olmuş, görkəmli ziyalımız Hikmət Hacızadə insult keçirib, hazırda reanimasiya şəraitində müalicə olunur.
Allahdan şəfa diləyirəm.Dualarımız Hikmət bəy üçündür”.
H.Hacızadənin sağlıq durumu ilə bağlı detallı məlumatı növbəti saatlarda çatdıracağıq.