Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Alı Həsənov saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, A.Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi altı kiloqrama yaxın, hündürlükləri 90 santimetrdən 238 santimetrədək olan 21 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.