Azərbaycanın baş nevroloqu vəfat edib

Hadisə

Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti, professor Şərif Mahalov bu gün dünyasını dəyişib.
Bu barədə ATU-dan məlumat verilib.
Qeyd edək ki, Şərif İslam oğlu Mahalov 1939-cu ildə anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1972-ci ildə namizədlik, 1987-ci ildə 2-ci Moskva Dövlət Tibb İnstitutunda “Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Ş.Mahalov 250-dən çox elmi metodik işin, 2 monoqrafiyanın müəllifidir. 2000-ci ildə “Əməkdar həkim”, 2009-cu ildə “Əməkdar Elm Xadimi” adlarına layiq görülüb.
Allah rəhmət eləsin!

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir