Goranboyda xüsusi karantin rejimini pozan Bakı sakinləri inzibati məsuliyyətə cəlb edilib

Hadisə Region

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində xidmət apararkən Bakı şəhər Qobustan rayon sakinləri Şahmirzə Balayev, Cahid Əliyev və Samir Rahmanovun yaşadıqları yeri xüsui icazəyə malik olmadan tərk etdiklərini aşkar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir