Gecə saatlarında Azərbaycanın Xankəndi şəhərində növbəti dəfə atışma səsləri eşidilib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumata görə, atıcı silahlardan qısa fasilələrlə tək-tək atəş səslərinin eşidilməsi davam edir. Növbəti atışma səsləri Bakı vaxtı ilə saat 01:04-də eşidilib.
Qeyd edilir ki, hazırda şəhərin özündə vəziyyət sabitdir.
Xatırladaq ki, dünən də Xankəndidə atışma səsləri eşidilib. Belə ki, şəhərin bir neçə sakini sərxoş vəziyyətdə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb.
