Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.
Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub. /APA
