Polisdən növbəti əməliyyat: Bakıda karantin qaydalarını pozan istirahət mərkəzi aşkarlandı – FOTO

Hadisə

Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şosesində xüsusi karantin rejimi qaydalarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan istirahət mərkəzinin fəaliyyət göstərməsi aşkarlanıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 5-də istirahət mərkəzinin inzibatçıları və müştəriləri 41-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Xatırladaq ki, dünən polis əməkdaşları xüsusi karantin rejiminin pozulması ilə bağlı Bakının məşhur hotellərindən biri olan “Fairmont Hotel”də əməliyyat keçirmişdi.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir