Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan dünyasını dəyişib.
Mərhum bir həftəyə yaxındır ki, koronavirusa yoluxubmuş.
Davam edən müalicə prosedurlarından sonra rəis bu gün səhər saatlarında vəfat edib.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiqləyib. Bildirib ki, Q. Abbasovun yaşı 65-də çox olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq məzuniyyətdə imiş.
Moderator.az-ın əldə etdiyi məlumata görə Qorxmaz Abbasov AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin yaxın qohumu (tam dəqiqləşdirə bilmədiyimiz məlumata görə xalası oğludur) imiş.
Allah rəhmət eləsin. Mərhumun ailə üzvlərinə, başda Ramiz Mehdiyev olmaqla yaxın qohumlarına başsağlığı veririk.
