Tovuzun Dondar Quşçu kəndində olan Milli Məclisin deputatı Qənirə Paşayeva qolundan xəsarət alıb.
Bu barədə Q.Paşayeva özü məlumat verib.
“Ermənilər dinc insanları atəşə tuturlar. Kəndəydik, atdılar, başımızın üstündən keçdi. Elə bildim, uşaqlara dəydi, arxaya çevriləndə qolum da altımda qaldı. Belə bir pis düşmənlə üz-üzəyik. Koxa Nəbi kəndində evimizi vurublar. Bizim igidlər oğlanlarımız düşməni vurmaq üçün canlarını fəda edirlər. Onların qarşısında baş əyirik” – Deputat bildirib.
Q.Paşayevanın qoluna sarğı qoyulub.