Şəkinin kanalizasiya problemi həll olunmur.
Bu barədə redaksiyamıza sakinlər tərəfindən məlumat verilib.
Onların sözlərinə görə, illərdir Şəkidə kanalizasiya xətlərinin bərpa ediləcəyi deyilsə də, heç bir iş görülmür:
“İki gün əvvəl Şəkiyə sel gəldi. Bu hadisə mövcud problemləri daha da qabarıq göstərdi. İstifadədə olan xətlər çirkabla, zibillə doldu, amma onları bərpa etmədilər. Vəziyyət tək bu küçədə deyil, bir çox mərkəzi küçələrdə belədir. Kanalı təmirdən sonra bu halda saxlayıb gediblər.
Bir qədər irəli getdikdə yeni çəkilən xəttin üstünün də açıldığını görmək olar. Bu məsuliyyətsiz işə görə yağış yağan gün buradan elə su çıxırdı ki, elə bil Kiş çayı məcrasını dəyişib. Üstündən iki gün keçməsinə baxmayaraq, hələ də heç bir qurum öz üzərinə götürüb, bu yolu təmir etməyib”.
Həmin fotoları təqdim edirik: