Jurnalist Ramiz Mikayıloğlunun yarımtikili həyət evindən iyulun 27-də oğurluq olub.
Jurnalistin həyət evindən alüminium materialdan hazırlanmış pəncərələr xüsusi alətlərlə sökülürək oğurlanıb.
Ona dəyən ziyanın məbləği 2500 manatdan çoxdur.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma başlanılıb.
Qeyd edək ki, R.Mikayıloğlu APA informasiya agentliyinin əməkdaşıdır.