
Bakı.Trend:
Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” körpüsünün
üzərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz
istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Polis əməkdaşları hadisə yerindədir və evakuator cəlb olunaraq
yolun hərəkət hissəsinə aşan nəqliyyat vasitəsinin yoldan
kənarlaşdırılması, eləcə də sıxlığın aradan qaldırılması üçün işlər
görülür.

