
Bakı.Trend:
Mərdəkanda dənizdə bir nəfərin batması ilə bağlı FHN-ə məlumat
daxil olub.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan şəxsin axtarışları davam
etdirilir.