
Bakı.Trend:
Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun
Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb
olunub.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını
almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə
FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Qeyd edək ki, dünən Ağdam rayonunun Əlağalı, Qaralar və Qazançı
kəndlərində başlayaraq Ağdərə rayonunun Sırxavənd kəndi
istiqamətində yayılıb. Ərazilərdəki kol bitkiləri və quru ot örtüyü
yanğının daha da genişlənməsinə səbəb olub.

