
Bakı.Trend:
Xəbər verdiyimiz kimi Ağdam rayonunun Əliağalı,
Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində
açıq ərazidə yanğın baş verib. Yanğının daha geniş sahəyə
yayılmasının qarşısını almaq və söndürülməsi işlərini
sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki
ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
cəlb olunub. Ərazidə yanğınsöndürmə işlər davam edir.
Trend
Ağdamdakı yanğının görüntülərini əldə edib.
Qeyd edək ki, dünən Ağdam rayonunun Əlağalı, Qaralar və Qazançı
kəndlərində başlayaraq Ağdərə rayonunun Sırxavənd kəndi
istiqamətində yayılıb. Ərazilərdəki kol bitkiləri və quru ot örtüyü
yanğının daha da genişlənməsinə səbəb olub.