Binəqədidə quldurluq edən şəxslər saxlanılıblar

Hadisə

Bakı.Trend:

Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 22-də gecə saatlarında naməlum şəxslər 31
yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək
onun 120 manatını və 2 ədəd mobil telefonunu ələ keçirib.




Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli
törətməkdə şübhəli bilinən 3 nəfər- 22 yaşlı A.Mürsəlov, əvvəllər
məhkum olunmuşlar 23 yaşlı P.İmanov və 33 yaşlı M.Mehdiyev müəyyən
edilərək saxlanılıblar.

Araşdırma aparılır.