
Füzuli. Trend:
Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb.
Trend-in yerli
müxbirinin xəbərinə görə, yanğın Füzuli rayonunun Yuxarı Yağlıvənd,
Cəmilli, Divanallar kəndi və Xocavənd rayonun Hadrut qəsəbəsində
başlayıb.
Belə ki, Xocavənd rayonu Hadrut qəsəbəsi ərazisində olan alov
artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün
əraziyə FHN-nin Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarının
yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.
Yanğın davam edir.

