
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı
arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri
çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.