Yevlaxda kişi torpaq üstündə həmkəndlisini qətlə yetirdi

Hadisə

Bakı. Trend:

Yevlaxda kişi torpaq üstündə həmkəndlisini qətlə yetirib.

Trend-in əldə etdiyi məlumata görə, hadisə bu gün saat
7 radələrində Yevlax rayonu Malbinəsi kəndinin ərazisində qeydə
alınıb.




Belə ki, kənd sakini, 1957-ci il təvəllüdlü Əli Həsən oğlu
Rəsulov torpaq üstündə düşən münaqişə zəminində həmkəndlisi,
1985-ci il təvəllüdlü Ruslan Xanlar oğlu Mustafayevi ov tüfəngi ilə
qətlə yetirib.

Ə.Rəsulov polis tərəfindən saxlanılaraq istintaqa təhvil
verilib.