
Bakı. Trend:
Neftçalada həyat yoldaşını və qayınatasını bıçaqlayan kişi
saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan
regional qrupundan Trend-in sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb.
Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğluna
qəsəbədə yerləşən parkda, daha sonra arvadı Bağırova Əfsanə Hüseyn
qızının yaşadığı evdə ona xəsarət yetirib.