Füzulidəki yanğın nəzarətə götürülüb

Hadisə

Bakı. Trend:

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq
ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri
tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində
yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən məlumat
verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində
əməliyyat davam edir.




Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin “112”
qaynar telefon xəttinə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi
yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verməsi barədə
məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in
Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri cəlb olunub.