
Lənkəranda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Sarvan Tahirovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Sarvan Tahirov cinayət əməlini törətməkdə təqsirli bilinib və ona qəti olaraq 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Lənkəran rayonunda baş verib. Məlumata görə, 1973-cü il təvəllüdlü Sarvan Tahirov yaşadıqları evdə aralarında mübahisə zamanı 1965-ci il təvəllüdlü həyat yoldaşı Rəsmiyyə Hüsüynovanı bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Sarvan Tahirova Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) və 228.4-cü ( Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.