Arvadını bıçaqlayan şəxsə hökm oxundu

Hadisə

Bakı. Trend:

Arvadını bıçaqlamaqda təqsirləndirilən Sarvan Tahirovun cinayət
işi üzrə məhkəmənin prosesi yekunlaşıb.

Trend xəbər
verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
hökm oxunub.




Hökmə əsasən, Sarvan Tahirov 8 il 6 ay müddətə azadlıqdan məhrum
edilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam
öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) və
228.4-cü ( Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş
sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına
vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham
irəli sürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir