
Bakı. Trend:
Azərbaycana heyvan və quş xəstəlikləri ilə əlaqədar bəzi
ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub.
Trend bu barədə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər
verir.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST)
rəsmi məlumatlarına əsasən, Monqolustanın Ulan-Bator şəhərində
dabaq xəstəliyi, Şimali Makedoniyanın Şimal-Şərqi, Pelaqoniya, Şərq
regionlarında, Sloveniyanın Notransk-Kraşka regionunda blutanq
xəstəliyi, Kamboca Krallığının Battambanq əyalətində, İspaniya
Krallığının Estremadura muxtar icmasında, Amerika Birləşmiş
Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi
xəstəliyi qeydə alınıb.
“Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması
üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla,
cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz,
dəvə və s.), habelə onlara aid məhsulların, diri quş və quşçuluq
məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların
sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti
məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük
Komitəsinə müraciət olunub”, – qurumdan əlavə olunub.

