Abşeronda saxlanılan 2 nəfərdən 5 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)

Hadisə

Bakı.Trend:

Abşeronda saxlanılan 2 nəfərdən 5 kiloqram narkotik vasitə
aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə
Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat
zamanı paytaxt sakini 38 yaşlı Rüfət Qədirov və 26 yaşlı Həsən
Musayev saxlanılıblar.




R.Qədirovdan 1 kiloqram heroin və 3 kiloqram 447 qram marixuana,
H.Musayevdən isə 495 qram psixotrop maddə olan metamfetamin aşkar
edilib. Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan və sosial
şəbəkələrdə tanış olduqları İran vətəndaşları tərəfindən
narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Faktlarla bağlı
cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək, Abşeron RPİ əməkdaşlarının ilin əvvəlindən
narkotiklərlə bağlı keçirdikləri əməliyyatlar zamanı 51 kiloqram
müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu
istiqamətdə əməliyyatlar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir