Lənkəranda dövlət sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı saxlanılıb

Hadisə

Bakı. Trend:

Lənkəranda dövlət sərhədini pozmağa cəhd göstərən şəxs
saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
məlumat verilib.




Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin
edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla
davam etdirilir.

“İyulun 22-də Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin
xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan
Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən
İraq vətəndaşı – Savfan Məhəmməd Əsəd saxlanılıb. Fakt üzrə
əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir”, – məlumatda qeyd
edilib.