
Ağdam. Trend:
Ağdamda baş verən güclü yanğın hadisəsinə əlavə kömək cəlb
edilib
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, rayonun Gülablı kəndində baş verən
yanğın genişlənərək ətraf ərazilərə yayılıb.
Bu səbəbdən də əraziyə kömək üçün FHN-nin Ağcabədi, Yevlax
şəhərlərindən əlavə yanğınsöndürən maşınları və işçi qüvvələri cəlb
edilib.
Hazırda Yevlax rayon yanğınsöndürən briqadası yanğın baş verən
əraziyə çatıb.
Digər Ağcabədi rayon yanğınsöndürən əməkdaşları hadisə yerinə
çıxış edib. Hazırda ərazidə 1 helikopter, 4 yanğınsöndürən
avtomobili və işçi qüvvələri yanğınsöndürmə əməliyyatını davam
etdirir.
xxx
14:03
Ağdamda növbəti güclü yanğın başlayıb.
Trend-in yerli
müxbirinin xəbərinə görə, güclü yanğın rayonun Gülablı kəndi
istiqamətində müşahidə olunur.
Hazırda FHN-in yanğınsöndürən əməkdaşları kənd istiqamətinə
hərəkət edir.