
Bakı. Trend:
İyulun 24-də Lerik rayonunun Tikəbənd və Durğan kəndləri
ərazisində əkin və otlaq sahələrində baş vermiş yanğın hadisələri
ilə bağlı polis əməkdaşları tərəfindən aparılmış araşdırmalar
nəticəsində hadisələrin ehtiyatsızlıqdan törədilyi müəyyən
edilib.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Tikəbənd
kəndi ərazisində kənd sakini olan azyaşlının otlaq sahədə ocaq
yandırması nəticəsində 2 hektar ərazidə kol-kos yanıb.
Bildirilir ki, azyaşlı valideyni ilə birlikdə polis orqanına
dəvət olunmaqla profilaktik söhbətlər aparılıb.
Durğun kəndidə isə kənd sakini 46 yaşlı Malik Mahmudov siqaret
kötüyünü əkin sahəsinə atdığı üçün 4 hektar ərazidə kol-kos
yanıb.
M.Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq
maddəsi ilə protokol tərtib olunub.
Qeyd edək ki, hər iki şəxs yanğın baş verdikdən sonra aidiyyəti
üzrə məlumat vermədən ərazidən uzaqlaşıblar.

