Ağdam və Xocavənd rayonları istiqamətində açıq ərazidə yanğın baş verib

Hadisə

Bakı. Trend:

“112” qaynar telefon xəttinə Ağdam rayonunun Gülablı, Abdal və
Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın
baş verməsi barədə məlumat daxil olub.

Trend-in Fövqəladə
Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən verdiyi
məlumata görə, məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.




Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
edir. Əlavə məlumat veriləcək.

Spread the love