
Bakı.Trend:
Azərbaycandan Rusiya Federasiyasına qanunsuz keçməyə çalışan
Yəmən vətəndaşının məhkəməsi yekunlaşıb.
Trend-in
məlumatına görə, may ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti
ərazisində Yəmən Respublikası vətəndaşı 1986-cı il təvəllüdlü
Baidaha Moqbel Abdulrazzaqın işi üzrə məhkəmə prosesi
yekunlaşıb.
Astara rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs
Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il
müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

