Dünən 19,8 tondan artıq çətənə kolu məhv edilib

Hadisə

Bakı.Trend:

Polis əməkdaşlarının iyulun 24-də keçirdikləri tədbirlərlə
respublikanın ayrı-ayrı rayonlarında 28074 ədəd çətənə kolu aşkar
olunaraq məhv edilib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb




Bildirilib ki, məhv edilən çətənənin ümumi çəkisi 19,8 tondan
artıq olub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.