
Bakı.Trend:
Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə
etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını
kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Vasif
Məmmədov saxlanılıb.
Trend-in
məlumatına görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən
sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və
toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə
göndərilib.
Məhkəmənin qərarı ilə V.Məmmədov sürücülük hüququ 1 il
müddətində məhdudlaşdırılıb.