Lənkəranda meşə yanır

Hadisə

Lənkəranda meşə zolağında yanğın baş verib.

Modern.az xəbər verir ki, yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus olan meşə zolağındaqeydə alınıb. Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.

Əldə etdiyimiz məlumata görə, yanğın təqribən 1 hektar ərazini əhatə edib və əsasən xəzəl yanıb. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir