Ceyranbatanda sexdə 250 karton qutu yanıb (VİDEO)

Hadisə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş
verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar
dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb
olunub.

Bildirilib ki, əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
yanğının karton istehsalı müəssisəsinin ərazisində karton qutuların
yığıldığı sahədə baş verdiyi və sexlərə keçmə riskinin yüksək
olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində karton qutuların
yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən
sexlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində sexin ərazisində 400 kv.m. sahədə 250 ədəd
karton qutu, 4 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd
kondisioner yanıb.

Sexlər yanğından mühafizə olunub.