
Beyləqan. Trend:
Beyləqan rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Sürücü ağır xəsarət alıb.
Trend-in yerli
müxbiri xəbər verir ki, hadisə saat 16 radələrində Dünyamalılar
kənd avtomobil yolunda qeydə alınıb.
Belə ki, Anar Şükürovon idarə etdiyi “VAZ-2106” markalı
avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan minik
avtomobilinə daha sonra isə daş hasara çırpılıb. Qəza zamanı ağır
xəsarətlər alan A.Şükürov Beyləqan Rayon Mərkəzi xəstəxanasına
çatdırılıb.
Xəstəxanadan bildirilib ki, Beyləqan rayonunda baş verən
yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Beyləqan
Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“1993-cü il təvəllüdlü şəxsə sol alın, baş, alt çənə, boyun
nahiyəsinin əzilmiş, cırılmış açıq zədəsi, alt çənə sümüyünün
yerdəyişmiş sınığı diaqnozu təyin edilib.
Pasiyentin ixtisaslı tibbi müayinə olunması üçün Bakı şəhərində
olan tibb müəssisələrindən birinə təxliyə olunması üçün hazırlıq
işləri görülür”.
Faktla bağlı araşdırma aparılır.