Goranboyda meşəyə ildırım düşüb, ərazidə yanğın başlayıb

Hadisə

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti və güclü ildırım müşahidə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir