Salyanda oğurluqlar edən rayon sakini saxlanılıb

Hadisə

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat tədbirləri nəticəsində fərdi təsərrüfatlardan oğurluqlar
edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Səfərov
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə,
araşdırmalar zamanı saxlanılan şəxsin 2 fərqli təsərrüfatdan 8 baş
xırdabuynuzlu heyvan və 10-dan artıq ev quşu oğurladığı müəyyən
edilib.




Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs
qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.