
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Yanğın əsasən quru ot və kolluq ərazidədir.
Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib.
Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.