Bakı-Quba yolunda “Nissan” aşdı

Hadisə

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi magistralının Sumqayıtdan keçən hissəsində avtomobil aşıb.

Modern.az xəbər verir ki, sürücünün idarəetməsindən çıxan “Nissan” markalı avtomobil işıq dirəyinə çırpılaraq çevrilib.

Baş DYP İdarəsindən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: “Bu gün saat 06:03-də Bakı-Quba yolunun 26.5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. 99-KT-839 dövlət nömrə nişanlı “Nissan” markalı minik avtomobilinin sürücüsü Orxan Mehman oğlu Əliyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan yoxdur, yol-nəqliyyat hadisəsi maddi ziyanla nəticələnib”.

Faktla bağlı araşdırma aparılır

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir