Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub – RƏSMİ

Hadisə

Bakı.Trend:

Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb
relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi
istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və
təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.

Bildirilir ki, hazırda yanğınların söndürülməsi əməliyyatına
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə
Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və
Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51
ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.




Relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli
olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə
tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata
keçirilir.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir