Şuşada yanğın nəticəsində mina partlayışları müşahidə olunub

Hadisə

Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazidə baş verib.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.

Yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb. Aparılan işlər nəticəsində yanğın söndürülüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.

Spread the love