
Bakı. Trend:
Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti
tapılıb.
Trend-in bölgə
müxbiri xəbər verir ki, hadisə ötən gün rayonun Qaragüney kəndi
ərazisində baş verib.
Belə ki, Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev
Səfərağa Elşən oğlu su kanalında boğulub.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
dalğıc-xilasediciləri cəlb olunublar.
Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda
boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda, bu gün
saat 16 radələrində tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.