Tovuzda baltalanan qadın ölüb, qardaşı şübhəli bilinir

Hadisə

İyunun 6-da anası ilə birlikdə baltalanan 25 yaşlı Aliyə Namazova bu gün vəfat edib.

“Report”un Qərb bürosunun məlumatına görə, iki aydan artıqdır Bakı şəhərindəki xəstəxanalardan birində müalicə olunan qadın ölüb.

Qeyd edək ki, hadisədə şübhəli bilinən ruhi xəstə olan 31 yaşlı Kainat Namazov anası 55 yaşlı Sevinc Həsənova və bacısı Aliyə Namazovaya balta ilə xəsarət yetirib, daha sonra yaşadıqları evi yandırıb.

Hadisə zamanı S.Həsənova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir