
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə
(ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 0.8 km aralı,
nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

