Sumqayıtda dənizdə iki nəfər boğulub

Hadisə

Xəzər dənizinin Sumqayıt sahilində faciəvi hadisə baş verib.

APA-nın məlumatına görə, 15 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşib.

Onlardan biri sudan çıxmağı bacarıb. Digərinə kömək etmək istəyən şəxs isə onunla birlikdə boğulub.

2009-cu il təvəllüdlü Cabbarov Əli və ona yardım etməyə çalışan şəxs həyatını itirib. Hazırda onların axtarışları davam etdirilir.