Xankəndidə yanğın törədən şəxs həbs olunub

Hadisə

Bakı.Trend:

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin
yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları
tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək
hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş
verdiyi məlum olub.




Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran
M.İsmayılov barəsində həbs qərarı verilib.

Spread the love