Şəmkirdə əmisi tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb – YENİLƏNİB

Hadisə

İyulun 27-də saat 23:55 radələrində xəsarət alan 1973-ci il təvəllüdlü şəxs (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən APA-ya verilən məlumatda bildirilib:

“Döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Göstərilən tədbirlərə baxmayaraq, iyulun 28-də saat 00:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb”.

***

11.18

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov münaqişə zəminində, qardaşı oğlu 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyat zamanı hadisəni törədməkdə şübhəli bilinən Fidayıl Mirzəməmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir