
Bakı.trend:
Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı 24 kq
narkotik vasitə aşkarlanıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Binəqədi rayonunda keçirilən növbəti əməliyyat
zamanı narkoşəbəkənin daha iki üzvü – 47 yaşlı Elnur Hacıyev və 29
yaşlı Əkbər Kərimov saxlanılıblar.
Bildirilib ki, onlara məxsus avtomobil və gizli saxlanc yerindən
24 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana
aşkarlanıb.
Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət
əlaqəsinə girdiklərini etiraf edən E.Hacıyev və Ə.Kərimov narkotik
vasitələri Yardımlı və Binəqədi rayonları ərazisindən götürüb maddi
gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar
davam etdirilir.