
Bakı.Trend:
Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 2500 manat
oğurlanması barədə polisə məlumat daxil olub.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının
həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 56
yaşlı İ.Çurin müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində 2660 manat,
qızıl-zinət əşyaları və bank kartları olan pul kisəsini oğurlamaqda
şübhəli bilinən 36 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

