Cəbrayılda ağır qəza – 4 nəfər yaralandı

Hadisə

Cəbrayıl rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, qəza zamanı Bakı şəhər sakinləri Alkərəmov İntiqam Mətləb oğlu, Əliyev Rauf Rafayil oğlu, Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini Heydərov İlqar Elşən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir